Sülh, salamatlıq, əmin-amanlıq - Allah sülhün, salamatlığın mənbəyidir.
Bu ad yalnız Allaha məxsusdur və bəndəyə bu adı vermək icazəli deyil.
Təsdiqləmək, şəhadət vermək - Allah peyğəmbərlərinin doğruluğuna, möcüzələrinə şəhadət verir və təsdiqləyir.
Allah möminlərə vəd etdiyi mükafatların və kafirlərə vəd etdiyi əzabın doğruluğunu təsdiqləyir.
Allahın vəd etdikləri mütləq reallaşacaq.
Qorumaq, mühafizə etmək, təhlükəsizlik bəxş etmək -
O Rəbb ki, onlara aclıqdan sonra yemək,
qorxudan sonra əmin-amanlıq verdi (106:4).
الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ
Allah ona yaxın olanları imanla bağlı və digər daxili təhlükələrdən, qorxudan həm bu dünyada, həm də axirətdə hifz edir.
Allah ona iman edənlərin qəlbində sülhü və əmin-amanlığı bərqərar edir.
Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər).
(Allah əbədi olaraq) ədalətli olmaqdadır.
Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir. (3:18).
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
Qorxu və narahatlıq halında Allahdan Əl-Mumin adı ilə əmin-amanlıq və rahatlıq diləmək olar.
Peyğəmbərimiz (ﷺ) demişdir: "Aranızdan hər kim fiziki sağlam olaraq yuxudan oyanarsa, özündə
əmin-amanlıq hiss edərsə və gündəlik azuqəsi varsa,
bütün dünyanı almış kimidir (
Sünən İbn Məcə)."
مَنْ أَصْبَحَ مِنْكُمْ مُعَافًى فِي جَسَدِهِ آمِنًا فِي سِرْبِهِ عِنْدَهُ قُوتُ يَوْمِهِ فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا
Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən
Kitabı haqq olaraq nazil etdik... (5:48).
وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَ مُهَيْمِنًا عَلَيْهِ...
Bu ayədə Allah "Quran"ı "muhəymin" adlandır. "Muhəymin" sözünün aşağıdakı mənaları var:
Ucaldılmış, yüksək statusa malik olan - Şübhəsiz, "Quran" bütün kitabların ən üstünüdür və kitablar arasında ən yüksək statusa malikdir. Allah ən ucadır.
Şahid olan, müşahidə edən - "Quran" bizim üzərimizdə müşahidəçidir. Axirətdə "Quran" bizim lehimizə və ya əleyhimizə şahidlik edəcək.
Peyğəmbərimizin (ﷺ) əxlaqı "Quran"ın təcəssümüdür.
Aişədən (رضي الله عنها) Peyğəmbərin (ﷺ) əxlaqı barədə soruşulduqda: "Rəsulullahın (ﷺ) əxlaqı - Quran əxlaqıdır", - deyə cavab vermişdir (
Səhih Müslim).
Güvənli və etibarlı həqiqət mənbəyi - Digər kitablarda olan hər hansı məlumatın doğruluğunu "Quran" ilə təsdiqləmək olur.
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq (15:9).
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
Mühafizə edən, mühafizəkar - "Quran" Peyğəmbərimizin (ﷺ) etdiklərini təsdiqləyir və mühafizə edir.
Əl-Muhəymin olan Allah ən ucadır, bəndələrini müşahidə edir, izləyir və mühafizə edir.
Allahın bu adını bilmək və xatırlamaq bəndəni günah etməkdən çəkindirməlidir.
Üstələyən, uca, hər şeyə qadir, üstün iradəli, üstün gücə, qüvvətə, hakimiyyətə malik, dominant -
Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır.
(Bununla belə:) “Onu mənə ver!”, – dedi və mübahisədə mənə üstün gəldi”
(38:23).
إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ
O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar.
Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”, – dedilər
(36:14).
إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ
Bu ad bəndəyə də aid edilə bilər. ...
Zadəgan kişinin isə arvadı dedi:
“İndi haqq bəlli oldu... (
12:51)
...قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ...
Çətin tapılan, nadir və qiymətli olan, əlçatan olmayan - ərəb dilində qəbuluna düşmək çətin olan, əlçatan olmayan,
yüksək vəzifəli və ya statuslu şəxslər üçün "əziz" sözündən istifadə edilir.
Hər gün çoxlu sayda insan Allaha dua edir, lakin kim Allaha duasını eşitdirə və ya reallaşdırmağa məcbur edə bilər?! Kim Allahın qəbuluna rahat şəkildə düşə bilər?!
Hətta "Merac" hadisəsində ən üstün mələk Cəbrayıl (əs) belə Allahın hüzuruna daxil ola bilmədi. Musa (əs) Allahı görmək istədi, lakin dərhal huşunu itirdi.
Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”.
O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”.
Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi.
Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (7:143)
Ləyaqət, şərəf, izzət, qüdrət -
Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!", – deyirlər.
Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər (63:8).
يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ
Allah istədiyi şəxsi şərəfləndirir və izzətləndirir və bunun qarşısını heç kəs ala bilmir (məsələn, peyğəmbərlər, səhabələr, ümmətin alimləri və s.).
De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan.
Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən." (3:26).
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Hökmə məcbur etmək, gücünü göstərmək, hökmran, ucalıq sahibi, üstün güc sahibi - Bu ada Həşr surəsində və bir çox qüdsi hədislərdə rast gəlinir.
İnsanlara xitabən neqativ mənada istifadə olunur.
Ad tayfasında olan nəhənglər (və ya divlər) yer üzündə səyahət edərkən digərləri qəddarcasına tutaraq öldürürdülər.
Hud (عليه السلام) onları təvazökər və mülayim olmağa çağırırdı.
Birini yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız (26:130).
وَإِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِينَ
Qırılmış bir şeyi təmir etmək, düzəltmək, birləşdirmək (məsələn, qırılmış sümüyü yenidən birləşdirmək) - Allah istənilən qırılmış bir şeyi düzəltməyə qadirdir. Allah öz dinini bir edir, gücləndirir, din zəiflədikdə isə onu yenidən bərpa edir.
İnsana aid edildikdə Allahın qoyduğu sərhədləri aşan, özünü həqiqətdən üstün görən, haqsız olduğu zaman inadkarlıq göstərən, hakimiyyətindən sui istifadə edən qəddar və zülmkar kəslər nəzərdə tutulur.
Bu, əsasən, var-dövləti və hakimiyyəti çox olan insanlarda rast gəlinsə də, hər birimizdə gündəlik həyatımızda, evdə, işdə və s. yüngül səviyyədə baş verə bilər.
Bundan qurtulmaq üçün Allahın həqiqətinə boyun əyməli, haqsız olduğumuz zaman etiraf etməli və həqiqəti hər zaman qəbul etməyə hazır olmalıyıq.
Haqsız olduğumuz zaman etiraf etmək, həqiqətə boyun əymək nə qədər çətin olsa da, bir o qədər Allah qatında dəyərlidir.
Məcbur etmək, tabe etmək və idarə etmək - Bu lüğəvi mənaya da növbəti ayədə rast gəlinir.
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman gətirmələri üçün) məcbur edən deyilsən.
Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver! (50:45).
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ
Çox böyük ölçüyə malik -
Onlar isə demişdilər: “Ey Musa! Həqiqətən, orada zorba adamlar var. Onlar oradan çıxmayınca biz ora daxil olmayacağıq.
Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”. (5:22).
قَالُوا يَا مُوسَىٰ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَنْ نَدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا مِنْهَا فَإِنْ يَخْرُجُوا مِنْهَا فَإِنَّا دَاخِلُونَ
Təkəbbürlü, Allaha ibadət etməyi özünə sığışdırmayan -
Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi! (19:32).
وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا